əsasnamə

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ


DİSTANT TƏHSİLİN TƏŞKİLİ
ƏSASNAMƏSİ

 

Ümumi müddəalar!

Bazar iqtisadiyyatına keçidin hazırki mərhələsində müasir tələblərə cavab verən iqtisadçı kadrların hazırlanması və yenidənhazırlanması respublikanın təhsil sistemi qarşısında duran ən ümdə vəzifələrdən biridir. Bu məsul vəzifənin yerinə yetirilməsi tədrisin bütün formalarının, o cümlədən ənənəvi və yeni, qabaqcıl dünya ölkələrində mövcud olan mütərəqqi formalarının üzvi sürətdə əlaqələndirilməsini və onlardan səmərəli surətdə istifadə olunmasını tələb edir.

İnkişaf etmiş ölkələrdə tədrisin ən yeni təşkilatı formalarından biri də Distant təhsildir. Tədrisin bu formasının məzmunu bir-birindən müxtəlif məsafədə olan tələbə və təhsil müəssisəsi arasında informasiya mübadiləsini təşkil etməyə imkan verən, proqram-texniki vasitələr üzərində qurulmuş xüsusi informasiya təhsil mühitinin köməyilə geniş əhali kütləsinə təqdim edilən təhsil xidmətləri kompleksini təşkil edir.

Distan təhsil, kompleks tədris xidmətlərini həyata keçirir. O, geniş əhali kütəlsinin yaşayış yerindən asılı olmayaraq, onlar üçün əlverişli müddətdə, aparıcı universitetlərin, akademiyaların kadrların ixtisasının artırılması və yenidənhazırlanması mərkəzlərinin elmi və kadr bazasında bərabər hüquqlu təhsil almasına imkan yaradır.

Distant təhsil forması bakalavr pilləsində alınmış diplomdansonrakı təhsilin forması olan yenidənhazırlanmanın təkmilləşdirilməsi, modernləşdirilməsi, müasir iqtisadi-texniki tələbatlara uyğunlaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.

Distant təhsilin qiyabi formasından əsas fərqi ondadır ki, distant təhsildə tədris prosesi zamanı təhsil alanla təhsil verən arasında birbaşa əlaqə olmur.

Distant təhsilə müdavim qəbulu qaydaları universitetin rəhbərliyi tərəfindən müəyyənləşdirilir. Kurs üzrə bütün tədris tapşırıqlarını yerinə yetirdikdən və əyani şəkildə test formasında qiymətləndirildikdən sonra, dinləyici kursdan-kursa keçirilir. Müvafiq dövlət atestasiyasının yekunlarına görə müdavimə yenidənhazırlanma haqqında dövlət standartına uyğun diplom verilir.

 

Distant təhsilin məqsəd və vəzifələri.

-İnsanların təhsil sahəsində tələb və hüquqlarının tam ödənilməsi məqsədilə Azərbaycanda təhsil mühitinin genişləndirilməsi, respublikada beynəlxalq tələblərə cavab verən vahid təhsil fəzasının yaradılması;

-əsas fəaliyyəti ilə paralel olaraq baza təhsili və ya əlavə təhsil almaq üçün imkan yaratmaq;

-fasiləsiz təhsil almaq üçün lazımi şərait yaratmaq;

-tədris materiallarından və elmi-metodiki vəsaitlərdən sərbəst istifadə etmək imkanı yaratmaqla əhalinin mariflənməsinə yardım etmək;

-təhsil xidmətlərindən istifadə üzrə əhalinin təlabatını reallaşdırmaq;

-respublikanın ali məktəblərində toplanmış mövcud kadr və maddi potensialın saxlanılması və çoxaldılması;

-universitetlərin elmi-tədqiqat institutların kadrların hazırlanması, ixtisaslarının artırılması üzrə qabaqcıl sahə mərkəzlərinin və digər tədris müəssisələrinin aparıcı elm və təhsil mütəxəssislərinin cəlb edilməsi yolu ilə təhsil keyfiyyətinin artırılması;

-kadrların hazırldanması, onların ixtisasının yüksəldilməsinin və yeni ixtisas almalarının mexanizminin formalaşdırılması;

-əhalinin psixoloji, yaş və digər xüsusiyyətlərinin nəzərə alınması ilə distant təhsilinin nəzəri əsaslarının və konkret metodikalarının işlənib-hazırlanması;

-vahid informasiya məkanının yaradılması və distant təhsil kurslarının təşkili;

-distant təhsili həyata keçirmək üçün metodiki materialların, proqramların və mexanizmlərin hazırlanması;

 

Distant təhsilin təşkilinin əsas şərtləri

1. Tədris prosesinin informasiya hazırlığı - informasiya bankının yaradılması, distant təhsilin xüsusi proqramlarla, tədris vəsaitləri ilə təmin edilməsi;

2. Tədris prosesinin metodiki hazırlığı - konkret fənləri müstəqil öyrənmək və müəllimlərlə məsləhətləşmələr aparmaq üçün dinləyicilərə müvafiq şəraitin yaradılması;

3. Tədris prosesinin təşkilatı hazırlığı - dinləyicilərin qeydiyyatından tutmuş buraxılış imtahan və məqbullarına qədər tədris prosesinin təşkil olunması;

4. Tədris prosesinin texniki hazırlığı – bütün tədris metodiki materialların əvvəlcədən hazırlanması, dinləyicilərin tədris metodiki vasitələrlə təmin edilməsi, kompüter sisteminə, o cümlədən İnternet şəbəkəsinə daxil olmağın və multi medya texnologiyasına qoşulmağın təşkili, məsləhətləşmələr üçun operativ əlaqələrin yaradılması.

Distant təhsilli ilə əhatə olunmuş sosial qruplar aşağıdakılardır:

-ali məktəblərin müxtəlif dərəcəli pedoqoji kadrların;

-yeni təhsil almaq istəyən mütəxəssislər;

-uzaq regionlarda yaşayan və məsafə baxımından ixtisasını daimi olaraq yüksəltmək imkanı olmayan mütəxəssislər;

-yerli hakimiyyət orqanlarının və tədris müəssisələrinin rəhbərləri;

-iqtisadiyyat sahəsində müəyyən ixtisas almış, lakin uzun müddət işləməmiş kadrlar;

Distant təhsilin müvəffəqiyyətini müəyyən edən şərtlər;

-dövlət tədris standartlarının tələblərinə əməl olunması;

-distant tədrisi kurslarına olan ümumi psixoloji, pedaqoji, mentodiki və texniki tələblərin riayət edilməsi;

-distant təhsil sistemi üzərində vahid strateji rəhbərlik.

Distant təhsil üzərində nəzarət.

Distant təhsil sisteminin yaradılması üzrə məsul tərəf kimi ali təhsil müəssələrinin Tədris koordinasiya şurası çıxış edir. Tədris koordinasiya şurası yeni tədris informasiya məkanının yaradılması və inkişafı üzrə təkliflərini verir, distant təhsilin səmərəli fəaliyyəti üzərində nəzarəti həyata keçirir. Tədris koordinasiya şurasına ali təhsil müəssisəsinin rəhbəri sədirlik edir. Tədris koordinasiya şurasının üzvləri sədr tərəfindən əmrlə təyin edilir.

 

Distant təhsilin tədris-metodiki vəsaitləri

  • dərsliklər;
  • tədris-metodiki vəsaitlər;
  • sorğu kitabları;
  • tədris materialları olan disketlər;
  • elektron tədris nəşrləri;
  • öyrədici kompüter sistemləri;
  • audio və video (multimedia) tədris materialları

 

Distant təhsilin maliyyə əsasları

Distant təhsil ödənişli əsaslarla həyata keçirilir. Distant maliyyələşdirilməsi aşağıdakı parametrlərdən asılıdır:

  • distant təhsil sisteminə daxil olan tədris kurslarının sayı;
  • təhsil alanların sayı;
  • distant təhsil prosesinə cəlb edilmiş müəllimlərin sayı;
  • distant təhsili həyata keçirən “İxtisasartırma və yenidənhazırlanma” fakültəsinin inzibati və texniki heyətin sayı;
  • İnzibati-təsərrüfat məsrəfiləri.

Əsasnamə ADİU-nin 5 iyun 2001-ci il tarixli Elmi Şurasında təstiq edilmişdir
PROTOKOL ¹ 12

xəbərlər

fakultənin xəbərləri,
təhsil sistemindən vacib
məlumatlar

əsasnəmə

ümumi müddəalar,
distant təhsilin məqsəd və vəzifələri, distant təhsilin maliyyə əsasları

tədris planı

ixtisaslar yzrə fənnlər, semestr üzrə bölgü

bizim müəllimlər

müəllimlərin tərcümeyi-halı, əlaqə telefonu, faksı, elektron ünvanı

müəllimlərin məsləhət günləri

müəllimlərin məsləhət vaxtı

imtahan və məqbullar

test üsulu ilə
interaktiv imtahan və məqbullar

əks əlaqə

fakultənin əlaqə telefonu, faksı, elektron ünvanı

© 2002-2003 ADİU Texniki suallar üçün Aqil Əliyevə müraciət edin